Doktorantura və disserenturaya qəbul üzrə imtahanların vaxtı açıqlandı




DİM-dən verilən məlumata görə imtahan doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək. İmtahanda keçid balını toplayan namizədlər fəlsəfə imtahanına buraxılacaq.

Qeyd edək ki, imtahanda iştirak üçün 90 manat ödənilməlidir. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər.


Baxılıb: 0 Tarix: 16-01-2020, 20:06