Azərbaycan Respublikası “Təhsil Cəmiyyətinin yaranması haqqında




Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı ilin avqustundan rəsmi fəaliyyət göstərir. Məqsəd xalqın zamanla ayaqlaşması naminə maarifləndirmə işini sürətləndirməkdədir. 

1980-ci ilin ikinci yarısında SSRİ-də gedən yenidənqurma dövründə respublikanın görkəmli ziyalılarını narahat edən məsələlərdən biri də təhsil sistemində yaranmış neqativ hallar idi. Ona görə də ziyalıların təşəbbüs qrupu istedadlı gənclərə qayğı göstərilməsi məqsədilə belə bir qurumun yaradılması ilə əlaqədar Mərkəzi Komitənin İdeoloji Şöbəsinə müraciət etdi. İdeoloji şöbə ictimaiyyətin fikrini öyrənmək məqsədilə Azərbaycan Lenin Kommunist Sosioloji Tədqiqat Şöbəsinə bu işlə məşğul olmaq tapşırıldı. Şöbənin rəhbəri Əhməd Qəşəmoğlunun başçılığı ilə dəfələrlə “Bilik” Cəmiyyətində, ayrı-ayrı təhsil ocaqlarında, Təhsil Nazirliyində, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) geniş ictimaiyyətin iştirakı ilə müzakirə olunub rəylər alındıqdan sonra 1989-cu ilin 28 oktyabrında ETPEİ-in akt zalında “Təhsil” Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda İdarə Heyəti seçildi. İdarə Heyətinə respublikanın aşağıdakı ziyalıları seçildi. 

1990-cı il fevralın 28-də “Azərbaycan Müəllimi” qəzetində Cəmiyyətin Nizamnaməsi çap olunaraq xalqın müzakirəsinə verildi, həmin Nizamnamə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Neft Akademiyasının və “Şuşa” qəzetlərində də nəşr olundu. Cəmiyyətin nizamnaməsində Daxili İşlər Nazirliyi, Arbitraj və Maliyyə Nazirliyi baxıb münasibətlərini bildirdikdən sonra 1990-cı ilin avqustunda Ədliyyə Nazirliyində qeydə alındı. Təkrarən 1991-ci ilin may və 1993-cü ilin noyabr ayında Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmişdir. 1994-cü ilin aprel və 1994-cü ilin may ayında qurultay keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev “Təhsil” Cəmiyyəti Ağsaqqallar Şurasının ilk Fəxri Sədri seçilmişdir. "Təhsli“ Cəmiyyəti könüllü-ictimai birlikdir (QHT).

“Təhsil” Cəmiyyətinin fəaliyyəti haqqında

1.Respublikanın müxtəlif bölgələrində görkəmli müəllimlərin adı ilə bağlı diplomlar verilir. 
“Təhsil” Cəmiyyəti 1995-ci ildən fədakar müəllimlərin adına diplomlar təsis etmişdir. Məqsəd ümumi təhsil məktəblərində fədakarcasına zəhmət çəkən müəllimləri dəyərləndirmək, həm də şagirdlərin təhsilinə marağını artırmaqdır. Hazırda 4 adlı diplom verilir.
2. “Təhsildə nailiyyətlərə görə diplomlar” 1994-cü ildən ən yaxşı dərslik müəlliflərinə verilir.
Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin nəzdində Mükafat Komitəsi fəaliyyət göstərir. Mükafat Komitəsi 2 ildən bir keçirdiyi müsabiqədə təqdim olunmuş dərslik, dərs vəsaitləri proqram, nümunəvi iş təcrübəsi içərisindən 4 ən yaxşı işi seçərək onlara diplom və mükafatlar təqdim edir.
10 ildən çox müddətdə fəaliyyət göstərən Mükafat Komitəsi ictimaiyyət arasında öz obyektivliyinə görə böyük nüfuz qazanmışdır. Mükafat Komitəsinin sədri görkəmli fiizk-alim, akademik maqsud Əliyevdir, üzvləri isə ölkəmizdə və xaricdə böyük nüfuz qazanmış elm və təhsil xadimlərindən ibarətdir.
Mükafat Komitəsinin diplom və mükafatlarına layiq görülmüş bəzi işlərin siyahısı:
  • A.İ.Muxtarov. Kvanı mexanikası. Bakı, 1999-608s.
  • İ. H. Həziyev. Tətbiqi mexanika. Bakı, 1998-607s.
  • F.Y.Səməndərov. cinayət hüququ. Bakı, 1999-730s.
  • R.H.Novruzov. Nitqin elmi üslubu. Bakı, 1998-157s.
  • B.X.Abasov. Ümumi cərrahlıq. Bakı, 1995-544s.
  • R.Ə.Hüseynov. Astronomiya. Bakı, 1997-468s.
  • M.B.Zeynalov. fəlsəfə tarixi. Bakı, 2000-544s.
  • Р.С.Гурбанов, И.Х.Ибрахимов, Г. С. Сулейманов. Пособие к решению задач по теоретической механики, Баку, 1996-424 с.
  • А.А. Xələfov. Kitabxanaşunaslığa giriş. Bakı, 2001-400s.
  • S. Atayev. Ibtidai siniflərdə təsviri sənətin metodikası. Bakı, 2001-27s.
  • Ç.B. Quliyev. Uşaq cərrahlığı. Bakı, 2000-620s.
  • M.Ş.babayev. molekulyar genetikadan mühazirələr. Bakı, 2000-302s.
Mükafatların təqdimatı
  • N. B. Qədirov. Nəzəri mexanika kursu. Bakı, 1997-550s.
  • M. i. Cəfərov, R. M. Quliyev. Torpaq fondu və ondan səmərəli istifadə. Bakı, 1997-452s.
  • E. Ə. Məsimov, T. M. Çürsəlov. Atom fizikası. Bakı, 2002-917s.
  • R. ə. Quliyev, k. ə. əliyeva. Genetika. Bakı, 2002-408s.
  • N. Ş. əlizadə. Düşün, tap. Bakı, 2002-340s.
  • T. X. əliyev. Haqqa qovuşan insan. Bakı, 2002-340s.

3. “İnterpretasiya” Hüquq Mərkəzi 1995-ci ildən fəaliyyət göstərri və orta məktəblərdə hüquqi biliklərin artırılması, narkomaniya, alkoqolizmə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Hüquq mərkəzində əsasən gənc hüquqşunaslar fəaliyyət göstərir. Təhsil ocaqlarında müxtəlif mövzularda mühazirələr oxunur, disputlar keçirilir və cəmiyyətə daxil olan hüquqi məsələlər oxunurə cavab verilir və bu sahədə məlumat kitabçaları, dərs vəsaitləri hazırlayıb gəncləri maarifləndirirlər. 
4. 1994-cü ildən “Söz-sözə” ədəbi birliyi fəaliyyət göstərir. 
Gənc yazarların 4 almanaxı nəşr olunub.
Burada əsasən gənc yazarları cəmləşmişdir. Onlar ayda bir dəfə yığışıb ədəbi yaradıcılıqları ilə bir-birlərini tanış edir və birliyin üzvlərinin rəyi ilə seçilən almanax nəşr etdirirlər. 
5. Cəmiyyətin mətbu orqanı olan “Təhsil” qəzeti 1992-ci ildən nəşr olunur. Hazırda qəzetin   rəngli formatda dərci davam etdirilir.
6. 2000-ci ildən elmin bütün sahələri əhatə edən 6 seriyalı “Bilgi” dərgisi nəşr olunur. 
Dərginin bütün seriyaları Beynəlxalq qeydiyyatdan keçmiş və burada 3 dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan məqalələr dünya standartlarına uyğun elmi məqalələr sayılır).
7. “Təhsil” Cəmiyyəti 15 illik fəaliyyətində təhsil, elm və mədəniyyətimizin müxtəlif məsələləri ilə bağlı 50-dən çox konfrans, seminar və dəyirmi masaalr keçirmiş və müvafiq təşkilatlara öz tövsiyələrini bildirmişdir.
Bunlardan: 
  • Azərbaycan – türkiyə “Polimer kimyası” Beynəlxalq konfransı, 1991
  • “Texniki lüğətçiliyimizin problemləri” I Respublika elmi konfransı, 18.05.94
  • “Görkəmli maarif xadimi Abuzər Ağayevin 70 illiyinə həsr olunmuş sessiyası” Neftçala rayon, Qırmızıkənd, may 1994
  • Görkəmli maarif və ictimai f.r.e.d., professor Zahid Qaralovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş elmi sessiyası. Bakı ş., 08.06.94
  • “Respublikamızda təhsil quruculuğunun müasir problemləri” Respublika konfransı. Bakı ş. 24.09.94
  • Fizika və riyaziyyat fənlərinin tədrisinin problemlərinə həsr olunmuş I Respublika elmi-metodik konfrans. Bakı ş., 24.10.94
  • Şamaxı rəsədxanasının və M. Ə. Rəsulzadə adına BDU-nun   Astronomiya kafedrasının banilərindən biri professor, f.r.e.d. Rəhim Hüseynovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş elmi sessiya Bakı ş., 07.12.94
  • Azərbaycan EA müxbir üzvü, Azərbaycan Neft və Kimya İnstitutunun professoru, t.e.d., Ramiz Qurbanovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş elmi sessiya. Bakı ş., dekabr 1994
  • Görkəmli maarif xadimi Sona xanım Tağıyevanın Bakıdakı 190 saylı  məktəbdə direktor işləməsinin 50 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi Bakı ş., 29.04.95
  • M. Ə. Rəsulzadə adına BDU-nun professoru, f.r.e.d. Faiq Sadıqovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş elmi sessiya. Bakı ş., 23.05.95
  • Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar elm xadimi, t.e.d., professor Yaqub Bala oğlu Qədimovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfrans. Bakı ş., 19 iyun 1997
  • “Metallurgiya dövlətin iqtisadi qüdrətinin mühüm amilidir” dəyirmi masa. Bakı ş., oktyabr 1999
  • “İnsan hüquq və azadlıqlarının müdafiəsi” konfrans. Bakı ş., noyabr 1999
  • “Təhsilin dili, mənəviyyat və mədəniyyət” dəyirmi masa. Bakı ş., sentyabr 2000
  • “İnformasiya” (kompyuter) texnologiyalarının problemləri dəyirmi masa. Bakı ş., noyabr 2000
  • “İpək yolu” I Respublika elmi-təcrübi konfrans. Bakı ş., 21-22 dekabr 2000
  • “Şuşa (Pənahabad)-250” elmi-praktik konfrans. Bakı ş., 14 mart 2001
  • Azərbaycan – Yaponiya dostluq əlaqələrinə və görkəmli Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yaradıcılığına həsr olunmuş görüş. Bakı ş., 20 aprel 2001.
  • “Azərbaycan Aydınsız 10 il” görkəmli alim-türkoloq, tənqidçi Aydın Məmmədovun xatirə gecəsi. Bakı ş., 21 aprel 2001
  • “Xan Şuşinski - 100, Muğam bu gün” xatirə gecəsi. Bakı ş., 8 oktyabr 2001
  • “Milli pedaqogikada millilik?”  I dəyirmi masa. Bakı ş., 18 oktyabr 2001
  • “İpək yolu” II Respublika elmi-praktik konfrans. Bakı ş., 20 dekabr 2001
  • “Milli pedaqogika, yoxsa pedaqogikada millilik?” II dəyirmi masa. Bakı ş., may 2002
  • “Seçkilər və onun mahiyyəti”, “Bələdiyyələrə bələd olaq, gedəcəyi qura bilək” dəyirmi masa. Bakı, 6-8 iyun 2001
  • “Çağdaş Azərbaycanda fəlsəfi elmlərin tədrisinin bəzi məsələləri” elmi-metodik konfrans. Bakı ş., 13 iyun 2002.
  • Nəsirəddin Tusinin 800 illiyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi tədqiqatçı Ramiz Qasımov yaradıcılığında” elmi-praktik konfrans. Bakı ş., 28 iyun 2002.
  • Amerikalı tədqiqatçı-alim Samuel Vimslə ölkə ziyalılarının görüşü. Bakı ş., 29 avqust 2002
  • Dövrümüzün görkəmli alimi və ictimai xadimi professor Rafiq Əliyevin 60 illiyinə həsr olunmuş elmi sessiya. Bakı ş., 10 dekabr 2002
  • “İbtidai təhsilin problemləri” dəyirmi masa. Bakı ş., 9 yanvar 2003.
  • Gənc yazıçı Ramiz Qasımovun “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi” əsərinin təqdimat mərasimi. Bakı ş., 19 mart 2003
  • “Təhsil haqqında qanun layihəsi”nin müzakirəsi dəyirmi masa. Bakı ş., 15 yanvar 2003
  • “Terminologiyamızın vəziyyəti” dəyirmi masa. Bakı ş., 2003
  • “Təhsil Problemləri İnstitutunu necə görürsünüz” dəyirmi masa. Bakı ş., 29 mart 2003
  • “Orta ümumtəhsil məktəblərinin V-Xİ siniflər üçün ədəbiyyat proqramının müzakirəsi” dəyirmi masa. Bakı ş., 19 aprel 2003
  • “Təhsil sistemində kadrların seçilib yerləşdirilməsi” dəyirmi masa. Bakı ş., aprel 2003
  • “Azərbaycan tarixi və mədəni irs problemləri” elmi konfrans. Bakı ş., 20 may 2003
  • “Milli-mədəniirsə münasibət milli varlığımızın meyarıdır” dəyirmi masa. Bakı ş., noyabr 2003
  • “Müasir dövrdə təhsil sisteminin inkişafında yeni yaranmış və baxışların təşəkülünün rolu və əhəmiyyəti” dəyirmi masa. Bakı ş., 19 dekabr 2003
  • “Orta məktəbin Fizika dərslikləri” dəyirmi masa. Bakı ş., 14 fevral 2004
  • “Təhsil sahəsində işləyən KİV nümayəndələrin peşakarlıq səviyyəsinin yüksəldilməsi”. Bakı ş., 2004-2005
  • “Azərbaycanda ömürboyu təhsil və yaşlıların təhsili” ideyalarının yayılması və təbliğiBakı ş., aprel-iyul 2005
  • “Jurnalistlərin təhsil sahəsində təcrübi vərdişlərə yiyələnməsi”. Bakı ş., 2005-2006
8. cəmiyyətdə onlarla dərsliklər, dərs vəsaitləri, elmi kitablar və s. Müzakirə edilmiş və nəşr olunmağa tövsiyə edilmişdir. 
9. “Təhsil” Cəmiyyəti Milli Qeyri Hökümət Təşkilatları (QHT) Forumunun “Elm, təhsil və tədqiqat” bölməsinin koordinatorudur.
10. “Təhsil”   Cəmiyyət Birləşmiş Millətlər Təşkilatı nəzdində olan Qeyri Hökümət Təşkilatları qurumunun üzvüdür. 

“Təhsil” Cəmiyyəti bu illər ərzində Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqlərində iştirak edib və müxtəli layihələrin qalibi olub. Hazırda “Məktəblilər arasında ixtisas və peşə seçiminə dəstək” layihəsi üzərində iş aparılır.

“Təhsil” Cəmiyyətinin maliyyə ünvanı:

VÖİN: 1400029551
Azərbaycan Beyn\lxalq Bankı Mərkəzi filialı
Kod: 805722
VÖİN: 9900001881
M/H: 0137010002944
S.W.I.F.T.Bik. IBAZAZ2X33308019449300517204
Manatla: H/H: 33318018409300517204
ABŞ dolları: H/H: 
AVRO: H/H: 3331801978300517204
                                         USD
Correspondent Bank                             Citibank NA, New York
Correspondent Account                        USD 36083186
Beneficiary Bank                                  The International Bank of Azerbaijan
S.W.I.F.T. Code                                    IBAZAZ2X
Beneficiary                                             Society “Tahsil”
Beneficiary Account                               33318018409300517204
                                            
             EUR
Correspondent Bank                              Commerzbank AG, Frankfurt am 
           Main            
          Correspondent Account                         400 88 66030 01 EUR
          Beneficiary Bank                                  The İnternational Bank of Azerbaijan
          S.W.I.F.T. Code                                    COBA DE FF
          Beneficiary                                             Society “Tahsil”
          Beneficiary Account                              33318019789300517204

Telefon/faks: (994 12) 376-40-72
Mobil: 050 -242-07-75
          050-662-47-54
E-mail: tahsilngo@gmail.com
Baxılıb: 23 Tarix: 20-06-2019, 22:17