Azərbaycanlı şagirdlər ABŞ-da birinci oldu



7-22 iyun tarixlərində ABŞ-ın Nyu-York ştatının Osveqo şəhərində “Genius Olymiads” adlı olimpiada keçirilib.

Tahsilngo.com xəbər verir ki, 9-cu Dahilər Olimpiadasında 73 ölkədən 1500 şagird qatılıb.

Təbiət elmləri kateqoriyasında 420 layihə arasında ölkəmizi təmsil edən məktəblilər Sadıqov Ələsgər və Bağırov İbrahim olub. Onlar "EkoDizel- Nano emulsiyalaşdırılmış dizel" layihəsi ilə qızıl medal qazanıblar.
Baxılıb: 43 Tarix: 23-06-2019, 10:50