Təhsil Nazirliyindən daha bir yenilik - Şagird yerdəyişməsi elektronlaşdırılır

 



Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu  istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.





Baxılıb: 67 Tarix: 25-06-2019, 17:16