400 bal toplayan Elza: “Uğurumu valideynlərim və müəllimlərimə borcluyam”




"Yaz qəbul imtahanında 682,9 balla respublika birincisi oldum. Yay imtahanına girməyə bilərdim. Blok imtahanından 394 bal toplamışdım və maksimal nəticəyə 6 balım çatmırdı. Lakin yayda keçirilən imtahına girməyə qərar verdim və 400 bal topladım"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə 400 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elza Qurbanova deyib. O, maksimal nəticəni gözlədiyini bildirib:

"Bu uğurumu valideynlərim və müəllimlərimə borcluyam. 700 bal mənim üçün önəmli deyildi. Əsas olan istədiyim ixtisasa qəbul olunmaq idi. Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmaq istəyirəm.

Əvvəllər II qrupa hazırlaşırdım. Fizika üzrə olimpidalara qatılıb bürünc medal qazanmışam. Bundan sonra I ixtisas qrupuna yönəldim və yüksək nəticə göstərə bildim.

Buraxılış imtahanında müəyyən səhvlərim olsa da, suallar çox rahat idi".

Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Baxılıb: 51 Tarix: 2-07-2019, 21:21